Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

«Dalğa» Gürcüstana dəstək verdi


Avqustun 9-da «Dalğa» Gənclər Hərəkatı Gürcüstana dəstək məqsədilə Bakıda aksiya keçirib. Aksiya Gürcüstan səfirliyinin qarşısında təşkil olunub.

Aksiya zamanı «Gəlin, Gürcüstanın müstəqilliyi üçün birlikdə olaq!», «Biz Müasir Sovet Birliyinin əleyhinəyik» yazılı plakatlar nümayiş etdirilib. Bundan əlavə, aksiya iştirakçıları «Gürcüstana dəstək» səhnəsini də canlandırıblar.

Aksiyaya polis müdaxiləsi olmayıb. / Turan /
XS
SM
MD
LG