Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:52

«Bu, hələ harasıdır…»


Mehdiyev yada salır ki, 10 il əvvəl şəhərin mərkəzində kütləvi aksiyalar keçirə bilirdilər. İndi hakimiyyətin opponentlərinin əlindən bu imkanı da alınıb

Mehdiyev yada salır ki, 10 il əvvəl şəhərin mərkəzində kütləvi aksiyalar keçirə bilirdilər. İndi hakimiyyətin opponentlərinin əlindən bu imkanı da alınıb

«Onlar elə köhnə seçki qaydası ilə işləyirlər. Məsələ səs verməkdə yox, səslərin sayılmasındadır. İndi vəziyyət formaca bir qədər də sərtləşib. Hələ bir qədər də sərtləşəcək. Bu, hələ harasıdır…»
Bu, 1998-ci ildə prezidentliyə namizəd olan Əşrəf Mehdiyevin fikirləridir. Artıq xeyli yaşlaşmış və səhhətində ciddi problemlər olan Ə.Mehdiyev bunu 10 il əvvəllə müqayisədə deyir.

O, yada salır ki, 10 il əvvəl şəhərin mərkəzində kütləvi aksiyalar keçirə bilirdilər. İndi hakimiyyətin opponentlərinin əlindən bu imkanı da alınıb.

Qarşıdan gələn prezident seçkisində namizədliyini irəli sürən «Ümid» Partiyasının sədri İqbal Ağazadə də deyir ki, sərbəst toplaşmaq azadlığına münasibət baxımından əvvəlki seçkilərdə vəziyyət daha yaxşı idi. Ancaq onun sözlərinə görə, indi 10 il əvvəllə müqayisədə müəyyən üstünlüklər də var:

«Dəyərlər də, şərtlər də, hakimiyyətin xarakteri də təxminən eynidir. Ancaq 10 il əvvəl Azərbaycana bu qədər təzyiqlər yox idi. Onda Azərbaycan Avropa Şurasının üzvü deyildi və üzərinə demokratik seçkilərlə bağlı öhdəliklər götürməmişdi».

HakimYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev isə 10 il əvvəllə əsas fərqi qüvvələr nisbətində görür. Onun sözlərinə görə, hakimiyyət heç vaxt indiki qədər güclü olmayıb. M.Quliyev bunu demokratik seçkilər üçün imkanın daralması ilə yox, hakimiyyətin uğurları ilə izah edir:

«Prezidentin reytinqini şərtləndirən onun bu beş ildə verdiyi vədlər və gördüyü işlərdir, Azərbaycanın sosial-iqtisadi inkişafıdır, ən nəhayət, onun xarizmasıdır».

10 il əvvəl də müxalifətin böyük bir hissəsi prezident seçkisini boykot etmişdi. Ancaq politoloq Rasim Musabəyov deyir ki, onda Etibar Məmmədov, Əşrəf Mehdiyev və Nizami Süleymanov kimi namizədlər seçkidə bir xeyli rəqabət mühiti yaratmışdılar. R. Musabəyovun sözlərinə görə, indi nəinki müxalifətin böyük hissəsi seçkiləri boykot edir, üstəlik, ümumilikdə rəqabət mühiti yoxdur:

«Biz səhnədə rəqabət görmürük, seçkinin nəticələri əvvəlcədən məlumdur».

Rasim Musabəyov ehtimal edir ki, indi mövcud olan namizədlərin bir çoxu seçkidə rəqabəti artırmağa yox, hansısa siyasi oyunlara xidmət edir. Bu oyunlar isə sivil dəyərlərə söykənmir.

Şərhləri göstər

XS
SM
MD
LG