Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:28

Azərbaycan «Fullbright» tələbə proqramına qoşulub


Azərbaycan hökuməti ABŞ-ın «Fullbright» tələbə proqramına qoşulub. Bu barədə Təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, bakalavr pilləsini 70-80 balla bitirən ali məktəb məzunları bu proqram vasitəsilə Amerikada magistr təhsili ala bilərlər.
Proqramı qazanmaq üçün bakalavrlar artıq elan olunmuş müsabiqəyə qatıla bilərlər. Misir Mərdanov deyir ki, əsasən təbiət, mühəndislik, iqtisadiyyat, kənd təsərrüfatı, sosial elmlər və hüquq kimi sahələr magistr təhsili üçün prioritet seçilib.
Məzunlar ərizələrini sentyabrın 12-dək ABŞ-ın Azərbaycandakı səfirliyinə və ya Təhsil Nazirliyinə verə bilərlər. Müsabiqə şərtləriylə bağlı məlumatı www.edu.gov.az saytından əldə etmək mümkündür.
Proqramda bu il 15 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan üçünün təhsil xərclərini ABŞ hökuməti ödəyəcək.
«Fullbright» tələbə proqramı 1946-cı ildən fəaliyyət göstərir. Proqram əsasən xarici ölkə vətəndaşlarının Amerikanın nüfuzlu universitetlərində təhsilini dəstəkləyir.
XS
SM
MD
LG