Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Azərbaycan Gürcüstanı dəstəkləyir


«Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir»

«Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir»

«Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ var və hazırda Gürcüstan bununla məşğuldur». Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahim deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, münaqişə elə bu çərçivəsində həll olunmalıdı. XİN sözçüsü deyir ki, münaqişədən ziyan çəkən dövlət kimi Azərbaycan da, belə bir addım atmaq hüququnu özündə saxlayır.

Xəzər İbrahimin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, o öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüquq çərçivəsində bütün addımları atacaq.

Rəsmi Tbilisi bəyan edir ki, Cənubi Osetiyadakı etnik gürcüləri qorumaq üçün adekvat ölçü götürməyə məcbur olub. Prezident Saakaşvili ehtiyatda olan hərbçilərin səfərbərliyini elan edib. Hərbi əməliyyatları Sxinvalinin mərkəzində gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG