Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

«Seçki faktiki olaraq alternativsiz keçirilir»


«İlk növbədə müxalifətçilərin ruh düşkünlüyünü aradan qaldırmaq lazımdır»

«İlk növbədə müxalifətçilərin ruh düşkünlüyünü aradan qaldırmaq lazımdır»

Müxalifət partiyalarının prezident seçkisində iştirakdan imtina etməsindən sonra yeni siyasi situasiya yaranıb. Bir sıra ekspertlər və siyasilər müxalifətin vəziyyətdən istifadə edib birləşməsini ən uğurlu yol kimi görürlər.
«Hesab edirəm ki, kifayət qədər real şans yaranıb ki, 2005-ci il parlament seçkilərindən sonra pərakəndə halda fəaliyyət göstərən və ziddiyyətlər içində olan müxalifət düşərgəsində bir yaxınlaşma olsun. Bunun yaranması cəmiyyətdə, ilk növbədə müxalifət partiyalarının üzvlərində ruh düşkünlüyünü aradan qaldırmaq baxımından əhəmiyyətli ola bilər».

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn «Yeni Müsavat»a müsahibəsində belə deyib.
«Sənətə dəxli olmayan adamlar sənətdə meydan oxuyurlar»-, «Azərbaycan» qəzetinə müsahibəsində bəstəkar Eldar Mansurov belə deyib.
«Əvvəlcə sənət sonra isə pul gəlməlidir. Hazırda Azərbaycanda belə bir paradoks var- sənətə dəxli olmayan adamlar sənətdə meydan oxuyurlar». «Ən eybəcər cəhət odur ki, camaat bütün işini-gücünü atıb, televiziya qarşısında əyləşib, maraqlı verilişlər əvəzinə, bir-birini təhqir edən «sənətkar»lara baxırlar».

«Bir tragikomik obraz yaratmaq istəyirəm»-, bu 60 yaşını qeyd edən xalq artisti Rasim Balayevin arzusudur. Yubileyi ərəfəsində aktyor «Azadlıq» qəzetinə müsahibə verib.

«Ömrümdə heç bir partiyaya qulluq etməmişəm. Amma mən azad adamam. Məni narahat edən hər şeyə qarşı haqq səsimi qaldırıram, etiraz edirəm. Təkcə özümə qarşı deyil, sənətimizə qarşı edilən hər hansı ədalətsizliyə etiraz etmişəm və edəcəyəm də».

Günün bütün mövzuları

XS
SM
MD
LG