Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

Aqil Xəlilin məhkəməsi təxirə salınıb


Yasamal Rayon Məhkəməsində «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin AzTV, Space, ATV, Lider telekanallarına, həmçinin Baş Prokurorluğun əməkdaşı Əli Quliyevə qarşı iddiası üzrə məhkəmə prosesi avqustun 28-dək təxirə salınıb.
Təxirə salınmaya səbəb ATV və Liderə göndərilən sorğulara cavab verilməməsi olub. Həmin sorğularda efirə gedən süjetlər istənilirdi.
Müxbir telekanalları və prokurorluğun əməkdaşını bu il martın 13-də ona silahlı basqın işi üzrə şərəf və ləyaqətinə xələl gətirən informasiyanın nümayiş etdirilməsində və yayılmasında ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG