Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:32
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidmətinin rəhbəri Samir Dadaşov həbs olunub.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib. Məlumata görə, o, rüşvət alarkən yaxalanıb. Əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi bildirilir.
Samir Dadaşovla yanaşı Dövlət Antiinhisar Xidmətinin altı yüksək rütbəli əməkdaşı barəsində də üç aylıq həbs-qətimkan tədbiri seçilib. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb.

Həmin şəxslərin ailə üzvlərinin «ANS»ə verdiyi məlumata görə, hazırda onlar MTN-nin müvəqqəti saxlama təcridxanasındadır. Həmin şəxslər ölkədə fəaliyyət göstərən sahibkarlardan rüşvət almaqda təqsirli bilinirlər. Son dəfə isə daha bir sahibkardan 2 min manat rüşvət alarkən yaxalanıblar.

İİN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

MTN-dən «Azadlıq» radiosuna bildiriblər ki, məsələ ilə bağlı açıqlama olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG