Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:33

BTC-dəki yanğın söndürülüb


Yanğın avqustun 5-dən 6-na keçən gecə baş vermişdi

Yanğın avqustun 5-dən 6-na keçən gecə baş vermişdi

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin Türkiyə hissəsindəki yanğın söndürülüb. Bundan sonra qəzanın vurduğu ziyan dəqiq müəyyən olunacaq və təmir işlərinə başlanılacaq.

BTC-nin Türkiyə hissəsində yanğın avqustun 5-dən 6-na keçən gecə baş vermişdi.

***

Türkiyənin Ərzincan vilayətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində baş verən yanğın hələ də davam edir. Bu barədə «Azadlıq» radiosuna Ərzincan vilayətinin rəsmiləri məlumat verib.
Rəsmilər bildirirlər ki, qonşu vilayətlərdən də əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğının söndürülməsi mümkün olmasa da, onun ətrafdakı meşəlik əraziyə keçməsindən ehtiyat edilir.

Terror versiyasına gəldikdə isə rəsmilər bildiriblər ki, yanğın söndürüləndən sonra götürülmüş nümunələr analiz olunacaq və beləliklə, hər hansı fikir söyləmək mümkün olacaq.

Kəmərdə yanğın avqustun 6-da başlayıb.

Boruda neftin nəqli dayandırılıb. Ərzincanda BTC-nin yaxınlığından keçən qaz kəmərinin də fəaliyyəti dayandırılıb.

Türkiyə ərazisindən BTC-nin 1000 kilometrdən çox hissəsi keçir. Kəmərlə «Əsrin Müqaviləsi» çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarından Ceyhan limanına xam neft ixrac olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG