Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:24

«İnsanlara ölümündən sonra qiymət verilməlidir»


Avqustun 8-də Akif İslamzadənin 60 yaşı tamam olur
Avqustun 8-də Akif İslamzadənin 60 yaşı tamam olur
«Azadlıq» qəzeti avqustun 8-də 60 illik yubileyini qeyd edəcək Akif İslamzadədən müsahibə alıb.
«Bir qəbiristanlıqda çox uzun başdaşı gördüm. Bəlkə 20 metr uzunluqda. Maraqlandım ki, bu boyda başdaşı kimindir. Dedilər ki, keçmiş polis rəisinindir. İndi təsəvvür edin ki, bu adam polis rəisi olub və ömründə halal çörək yeməyib. Axı bu nə təkəbbürdür? Bu islama da ziddir». Akif İslamzadə müsahibəsində belə deyib.

Söhbətin davamı qəzetin növbəti sayında işıq üzü görəcək.

«Müxalifət-zad qalmayıb»... Politoloqlar boykot tərəfdarı deyil. «Ekspress» bu barədə yazıb.
«Müsavat Partiyasının seçkilərdə iştirak etməməklə bağlı qərarı müəyyən mənada acizliklə bağlıdır». Bu barədə politoloq Rasim Musabəyov Müsavat Partiyasının seçkidə iştirak etməməklə bağlı qərarını şərh edərkən bildirib.

Politoloq Hikmət Hacızadə Müsavatın seçkilərdə iştirakının tərəfdarı olduğunu bildirib. «Əlbəttə, Müsavat Partiyasının Məclis üzvləri vəziyyəti məndən yaxşı bilir. Çünki əsas vəzifə rayonlardan olan Məclis üzvlərinin üzərinə düşür. Onlar yerlərdə işləməyin mümkün olmadığı səbəbindən seçkilərdə iştirak etməmək qərarını dəstəkləyib».

«Prezident dövlətlərarası mədəni əlaqələrin inkişafına xüsusi diqqət ayırır»- «Yeni Azərbaycan» İlham Əliyevin mədəniyyət siyasəti barədə məqaləsində belə yazır. «Türkiyə, Tacikistan, Səudiyyə Ərəbistanın, digər yaxın və uzaq ölkələrin mədəniyyət və turizm nazirlərinin şəxsən prezident tərəfindən qəbul edilməsi, Azərbaycanda müxtəlif ölkələrin mədəniyyət günlərinin keçirilməsi bu diqqətin nəticəsidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG