Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

«İnsandan çox ata qiymət verirlər»


«Bakı Cıdır meydanında atlar idmançıların öz hesabına saxlanır»
«Bakı Cıdır meydanında atlar idmançıların öz hesabına saxlanır»
Gənclər və İdman naziri Azad Rəhimov deyir ki, Olimpiadaya gedən çapar Camal Rəhimovun atı xəstələndiyi üçün onlar Fransanın ən yaxşı atını alıblar. Bunun üçün isə nə az, nə çox, 3 milyon dollara qədər pul xərcləyiblər. Bu pulu Azərbaycan Dövlət Neft Şirkəti ayırıb:

«Son mərhələdə Camalın atı xəstələndi. At alınmalıdı sualıyla qarşılaşdıq. Neft Şirkətinə çox sağ ol demək istəyirəm. 1 miyon 970 min avroya at alınıb. Fransanın bir jurnalı yazıb ki, Azərbaycan Fransanın ən yaxşı atını alıb».

Hələlik həmin at Azərbaycana gətirilməyib. Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, idmançı Camal Rəhimov Belçikada məşq etdiyindən at da bu ölkəyə aparılıb. Ordan isə Olimpiadaya, Honkonqa göndəriləcək.

3 milyon dollarlıq atın özü hələlik Bakıya gəlməsə də, sözü-söhbəti çoxdan çatıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı hesab edir ki, Dövlət Neft Şirkətinin bu qədər pulu bir at üçün ayırmağa haqqı yoxdur:

«Bu vəsait insanların illərlə gözlərini dikdiyi puldan gedib».

Mirvari Qəhrəmanlı deyir ki, 3 milyon dollara Azərbaycanda atçılıq təsərrüfatını inkişaf etdirmək olardı. Bakı Cıdır meydanında atçılıq üzrə mütəxəssis Şükür Vəliyev deyir ki, burda şərait standartlara uyğun deyil, atlar isə idmançıların öz hesabına saxlanır:

«Atın saxlanması şəraiti yaxşı deyil. Atı ürəyimizcə saxlaya bilmirik. Atın yemini idmançılar özləri alır».

Fikrini öyrəndiyimiz Bakı sakinləri isə 3 milyon dollara at alınmasına təəccüblərini gizlətmədilər:

- Camaat acından qırılır. Bizə 3 milyon dollara at lazımdı?
- Elə yaxış olardı ki, təqaüdçülərin təqaüdünü artırardılar. Mən təqaüdçüyəm, 80 manat alıram. İnsandan çox ata qiymət verirlər.
- 3 milyonun 3 min dənə dərdi var.

Azərbaycan dövlətinin hesabına alınmış at Olimpiadadan sonra da ölkəyə gətirilməyəcək. Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, çapar Camal Rəhimov Belçikada yaşadığından həmin atı da ora aparacaq
XS
SM
MD
LG