Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Azərbaycanda 6500 xarici tələbə təhsil alır


Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artmaqdadır. Təhsil naziri Misir Mərdanov belə deyib:
«Əgər 2003-cü ildə ölkədə 1850 xarici tələbə təhsil alırdısa, indi onların sayı 6500-ə çatıb».

Nazir onu da bildirib ki, hazırda xaricdə 4000 azərbaycanlı tələbə təhsil alır, onlarında 100 nəfəri dövlət hesabına oxuyurlar:

«2007-15-ci illər Gənclərin xaricdə təhsili dövlət proqramına müvafiq olaraq bu il də 200 tələbənin əcnəbi universitetlərə göndərilməsi planlaşdırılır».
XS
SM
MD
LG