Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Meriya küçələrdə avtomobil satışını qadağan edir


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu günlərdə avtonəqliyyat vasitələrinin paytaxtın küçə və meydanlarında satışa çıxarılmasının tənzimlənməsi barədə növbəti sərəncam verib. Sərəncama əsasən, vətəndaşların və nəqliyyatın sərbəst hərəkət edə bilməsini təmin etmək məqsədilə küçə, səki, xiyaban, yanacaqdoldurma stansiyaları və digər yerlərdə minik və digər avtomobillərin satışı qadağan edilir

BŞİH-in Ticarət və Xidmətlər Departamentindən «Turan»a verilən məlumata görə, sərəncama əsasən avtonəqliyyat vasitələrinin satışı ilə məşğul olan şəxslərə öz fəaliyyətini Qanlı gölün yaxınlığında yerləşmiş Avtonəqliyyat Vasitələrinin Satışı və Dayanacaq Mərkəzində davam etdirmək təklif olunub. Bu tələbə tabe olmayan fiziki və hüquqi şəxslərə qarşı lazımi sanksiyalar tətbiq ediləcək. Üzərində satış haqqında elanların olduğu avtonəqliyyat vasitələri dərhal yol polisinin cərimə meydançalarına aparılacaq.

Bakıda avtonəqliyyat vasitələrinin küçə və meydanlarda satışını qadağan edən ilk sərəncam bu ilin mart ayının 13-də verilib. Həmin vaxt paytaxtda təqribən 100 bu cür avtomobil satışı məntəqəsi fəaliyyət göstərirdi. Hazırda onların sayı 40-a enib.

Günün bütün mövzuları

XS
SM
MD
LG