Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:43

Olimpiya kəndində açıq-saçıq geyinmək qadağandı


Könül Nurullayeva və Səmayə Məmmədova, Bakı, 6 avqust 2008
Könül Nurullayeva və Səmayə Məmmədova, Bakı, 6 avqust 2008
«Olimpiya kəndində qadınlara qısa, açıq-saçıq geyinmək, parlaq makiyaj çəkmək, hətta sakinlərə soğan-sarımsaq yemək də qadağan olunub». «Can Bakı»nın qonağı olan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova belə deyib. Onun sözlərinə görə, bu qadağa idmançıların diqqətini çəkməmək üçün edilib.

Səmayə Məmmədova onu da bildirib ki, olimpiya oyunlarına turist kimi getmək istəyənlər 30 min manat ödəməli olublar. Bu məbləğə beş ulduzlu hoteldə qalmaq, yemək, gəzmək, olimpiadanın açılışı və bağlanışını seyr etmək, oyunlara biletlər və s. daxildir. Yarı müddətə beş ulduzlu oteldə qalmaq 15 min, üç ulduzlu oteldə qalmaq isə 12 min manata başa gəlib. Qiymətin baha olmasına baxmayaraq, paketlə maraqlananların sayı çox olub.

Verilişin digər qonağı Milli Olimpiya Komitəsinin aparıcı mütəxəssisi Könül Nurullayeva isə deyib ki, Pekində havanın həddən artıq isti olması idmançıların yaşayışına təsir etməyəcək: «Çünki olimpiya kəndində artıq süni külək, süni yağış təşkil ediblər. Hətta kənddəkilər bu səhər həmin ərazidən iki kilometr aralıda zəlzələnin baş verməsindən də xəbər tutmayıblar».

Könül Nurullayeva bildirib ki, olimpiya kəndi 40 km ərazidəki 6 və 9 mərtəbəli binalardan ibarətdir: «Burada eyni zamanda 1000 nəfərə xidmət edə bilən yeməkxana da var. Menyuya gəlincə, idmançılara Asiya, Aralıq dənizi xörəkləri, fast-food və halal qidalardan ibarət qidalar təklif olunur».

Pekin Yay Olimpiya oyunları avqustun 8-də başlayır. Avqustun 6-da Azərbaycanın 147 nəfərdən ibarət nümayəndə heyəti Olimpiya oyunlarında iştirak etmək üçün Pekinə yolla düşüb.

Buna da bax:

XS
SM
MD
LG