Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:07

Bakı-Tbilisi-Ceyhan neft kəmərində partlayış olub


Ərzincanda BTC-nin yaxınlığından keçən qaz kəmərinin də fəaliyyəti dayandırılıb
Ərzincanda BTC-nin yaxınlığından keçən qaz kəmərinin də fəaliyyəti dayandırılıb
Türk xəbər agentliklərinin yaydığı məlumata görə partlayış kəmərin Türkiyə hissəsində Ərzincan vilayətində baş verib. Partlayışdan sonra yanğın olub, alovun hündürlüyü 50 metrə çatıb.
Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım maşınları, yerli bələdiyyə orqanı işçiləri gedib. Yanğın söndürülüb. Rəsmilərin dediyinə görə ətrafa ziyan dəyməyib. Amma yeni partlayış təhlükəsi var.

Boruda neftin nəqli dayandırılıb. Ərzincanda BTC-nin yaxınlığından keçən qaz kəmərinin də fəaliyyəti dayandırılıb.
Partlayışın səbəbi araşdırılır.

Türkiyə ərazisindən BTC-nin 1000 kilometrdən çox hissəsi keçir. Kəmərlə «Əsrin Müqaviləsi» çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarından Ceyhan limanına xam neft ixrac olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG