Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:24

Mənfəət neftinin bölgüsündə maxinasiya?


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğlu
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğlu
Azərbaycanın mənfəət neftinin bölgüsündə əldə etdiyi pay elan edilmiş həddən iki dəfə azdı.

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının gəldiyi nəticə belədi. Koalisiya üzvü olan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, əslində bu pay ən azı 25 faiz olmalıdı. Onun sözlərinə görə, mənfəət neftindən Azərbaycanın payına düşən neftin beş il əvvəlki həddə qalması xeyli narahatlıq yaradır.

Qubad İbadoğlu deyir ki, onların rəsmi hesabatlara istinadən apardıqları araşdırmalarda 2003-cü ildə mənfəət neftindən Azərbaycana düşən pay 13,9 faiz olub və bu rəqəm 2007-ci ildə də dəyişməz qalıb.

Mərkəz rəhbəri bildirir ki, neft müqaviləsinə görə, bu vəsait Azərbaycana pul kimi də verilə bilər, xam neft kimi də.

«Əsrin müqaviləsi»nə görə, Azərbaycanın mənfəət neftindən payı ən pis halda 25 faizdən aşağı olmamalıdır.

Qubad İbadoğlu deyir ki, ola bilər ki, onların üzə çıxardığı uyğunsuzluq hansısa hesablamanın nəticəsi ola bilər. Amma bütün hallarda mərkəz rəhbəri hesab edir ki, bu uyğunsuzluğa rəsmi aydınlıq gətirilməlidir.

Qubad İbadoğlu bildirir ki, neft müqaviləsində qeyd olunur ki, getdikcə Azərbaycanın mənfəət neftindən gəlirləri dövrlər üzrə 30, 55 və nəhayət, 2008-ci ildən başlayaraq 80 faiz olmalıdı. Amma ötən ilin nəticələrində bu hələ 14 faizə yaxındı:

«Bu il elan olundu ki, mənfəət neftinin 20 faizi şirkətlərə, 80 faizi isə Azərbaycana qalır. Biz rəsmi qurumlara sorğu göndərmişik. Bilmək istəyirik mənfəət neftindən nə vaxtdan Azərbaycana nə qədər qalır».

Dövlət Neft Fondundan aldığımız məlumata görə, ictimai qurumların hazırladığı bu sənəd artıq onlara çatıb. Amma Fond bu məsələyə münasibətini yaxın günlərdə açıqlayacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG