Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:19

Daha iki nəfər prezidentliyə iddia edir


Prezidentliyə iddia edən daha iki nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib. Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquluyev və Müasir Müsavatın rəhbəri Hafiz Hacıyev namizədliyini təsdiq etmək üçün sənədlərini MSK-ya verib.

Beləliklə sənədlərini MSK-ya təqdim edənlərin sayı 4-ə çatır.

Prezidentliyə namizədliyini irəli sürənlərin sayı hələ ki, 7-dir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də olacaq.
XS
SM
MD
LG