Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:34

Saxta «Abituriyent» jurnalı çap edən şəxs saxlanılıb


Milli Təhlükəsizlik Nazirliyi (MTN) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan Məmişov Sucəddin Məmmədxan oğlunu saxlayıb.

MTN xəbər verir ki, S. Məmişova məxsus mətbəədə və «Binə» ticarət mərkəzinin yaxınlığında yerləşən anbarda keçirilən baxış zamanı qanunsuz çap edilmiş 57 mindən artıq müxtəlif adda çap və poliqrafiya məhsulu, o cümlədən test tapşırıqları, abituriyentlərə kömək, habelə digər bədii-publisistik kitablar, eləcə də təxminən 54 ədəd ofset plastina «rominal» aşkar edilərək götürülüb. Həmin kitablardan 9 min 708-nin forma və məzmun etibarı ilə TQDK-nın çap məhsulu hesab olunan “Abituriyent” jurnalı və kitabçalar olduğu müəyyən edilib.

Götürülmüş maddi sübutlar araşdırmaq üçün Vergilər Nazirliyinə göndərilib.
XS
SM
MD
LG