Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

Soljenitsın şəkillərdə... <img src="/img/icon-photogallary.gif" border=0 />



Aleksandr 1918-ci ildə, Kislovodsk səhərində ziyalı ailəsində anadan olub. Fizika-riyaziyyat fakültəsində təhsilini yenicə başa vuran Aleksandr Sovet Ordusunda xidmət edib.
2-ci Dünya müharibəsi zamanı artilleriya zabiti olub, lakin tezliklə belə bir qənaətə gəlib ki, müharibə düzgün aparılmır. Dostlarına göndərdiyi məktublarda Stalin haqqında tənqidi fikirlər yazıb. Bu məktublar gizli orqanların əlinə keçərək onun bütün həyatını dəyişir.

1945-ci ildə satqın kimi 8 il azadlıqdan məhrum edilib Qulaq həbs düşərgələrinə göndərilir. Cəzasını Rusiya və Qazaxıstan ərazisində çəkib. Fotoda 282 nömrəli məhbus Soljenitsının üstünü axtarırlar, foto 1953-cü ildə çəkilib. Həbs müddətini başa vuran Soljenitsın əlavə 3 il də Qazaxıstanda sürgündə keçirəndən sonra Rusiyaya qayıdıb məktəb müəllimi işləyib.
50-ci illərin sonundan başlayaraq Nikita Xruşşovun (fotoda) həyata keçirdiyi «mülayimləşmə» siyasətinin nəticəsi kimi Soljenitsının «İvan Denisoviçin həyatından bir gün» bioqrafik romanı dərc olunur.

Soljenitsın tez bir zamanda SSRİ-nin məşhur yazıçıları sırasında özünə yer tutur. 1967-ci ildə çəkilən bu fotoşəkildə Soljenitsın Belarus yazıçısı Vasil Bıkovla bir yerdədir. 1964-cü ildə Brejnevin hakimiyyətə gəlməsi ilə Soljenitsın SSRİ Təhlükəsizlik Komitəsi tərəfindən ciddi nəzarət altında saxlanılır. Lakin onun beynəlxalq şöhrəti artmaqda davam edir və 1970-ci ildə ona ədəbiyyat üzrə Nobel mükafatı verilir.
1973-cü ildə «Qulaq arxipelaqı» əsəri nəşr olunandan sonra sovetlər onu xalq düşməni elan edib sovet vətəndaşlığını əlindən alır və ölkədən qovurlar.
İsveçrənin Vermont vilayətində kiçik bir kənddə məskən salan yazıçı yaradıcılığını davam etdirir və tezliklə «Öz dairəsində» romanını yazır. Bu əsər Rusiyada 1917-ci il Oktyabr inqilabına aparan hadisələri təsvir edir. Soljenitsın Qərbdə tez-tez millətçilikdə və antisemitizmdə ittiham olunur.
1994-cü ildə Soljenitsın 20 illik qürbət həyatından sonra Rusiyaya qayıdır. Bundan əvvəl 1990-cı ildə Mixail Qorbaçov onun haqqında məhkəmə hökmünü ləğv edib vətəndaşlığını bərpa edir.
Vətənə qayıdan Soljenitsın xristian dəyərlərinə əsaslanaraq Rusiyanın keçmiş ruhunu bərpa etməyə çağırır. Lakin onun bu çağırışları ruslar tərəfindən, xüsusilə də gənc nəsil tərəfindən biganəliklə qarşılanır.
2007-ci ildə Soljenitsına Rusiyanın Dövlət mükafatı laureatı fəxri adı verilir. Təqdim olunma mərasimində iştirak edə bilməyən Soljenitsına mükafatı prezident Putin şəxsən onun Moskvaətrafı bağında təqdim edir.
Soljenitsının həyat yoldaşı Natalya həm də onun rəsmi təmsilçisi və katibəsi idi.

XS
SM
MD
LG