Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

«Bakıda tikintini dayandırmaq lazımdır»


Memar deyir ki, Bakı üçün Baş Plan işləmək mümkün deyil
Memar deyir ki, Bakı üçün Baş Plan işləmək mümkün deyil
«Bakının mənim üçün elə bil maqniti var. Bakının iqlimi bizə ana südü ilə keçib. Bu sevgi mənim genimdədir, xromosomla gəlib. İmkanım var, harada istəsəm yaşayaram. Amma dözə bilmirəm». «Can Bakı» verilişinin qonağı olan əməkdar inşaatçı Emil Axundov belə deyir.

«İndi Bakıdakı yeni tikililərdən 1500-nün arasında 10-15 yararlısı ola bilər. Bu baxımdan, Baklının ciddi problemləri var. Gərək nəyin bahasına olursa-olsun, tikintini dayandıraq».

E. Axundov deyir ki, «Bakı çox yaralıdır, gərək addımlarımızı yavaşıdaq. Yoxsa, Bakını göydələnlərlə sıxırlar. Şəxsən mən də indi yaşamaq üçün köhnə binalara üstünlük verərdim. Çünki o vaxtlar konstruktorlar bina tikəndə qorxurdu, layihədə nəzərdə tutulandan da güclü armatur qoyurdu. Amma indi tikinti rəhbəri deyir ki, 16 mərtəbədir, üstünə ikisini də tik».

«…Mən bilirsiniz nəyə təəccüblənirəm, «Azərsu»dan bir məmur deyir ki, bizə milyard manat veriblər, indi işləyirik, layihəni düzəldirik, çirkab sularını Xəzərə axıdacağıq. Dayanın, ay yoldaş, nə deyirsiniz? İndi elə texnika var ki, çirkab suyunu təmizləyir və sonra onu içmək mümkün olur. Siz bu milləti nə üçün bu günə salırsınız? Bir baxın, millətin qabağına çıxın. Keşlədəki fəlakətin səbəbi bilirsiniz nə idi? İş orasındadır ki, Cənub-Şərq kollektorunda 800 mm-lik diametrlik boruya indi vaxtilə həmin layihədə nəzərdə tutulduğundan 18-20 dəfə artıq təzyiq var».

E. Axundov deyir ki, Keşlədəki fəlakətin kökü icra hakimiyyətindədir. Çünki o qədər göydələn binalar tikilib, onların kommunikasiyaları - su, istilik, kanalizasiyası köhnə sistemə qoşulub, o da davam gətirmir.

«…Yeni çəkilən Zığ-aeroport yolu çox gözəldir. Amma orada elədir ki, əgər kiminsə halı xarab oldu, yer yoxdur maşını çəkib qırağa saxlasın, dərhal qəza zolağına düşür. Həm də artıq mən o yolun daraqlı olduğunu hiss edirəm».

Memar deyir ki, Bakı üçün Baş Plan işləmək mümkün deyil: «Bir dənə aeroçəkiliş aparın, qoyun köhnə baş planın üstünə. Görəcəksiz ki, Bakıda bir qarış da yer qalmayıb».

Veriliş zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevlə də əlaqə saxladıq. O da Emil Axundovun dediklərinin əksəriyyəti ilə razılaşdı. Bildirdi ki, Baş Plan işlənəndə, bu ideyalar nəzərə alınacaq:

«Amma hansının hansı tərzdə yerinə yetiriləcəyi barədə söz demək olmaz. Bakıya bir «prorab» kimi yox, mühəndis kimi yanaşmaq lazımdır. Bütün məsələlər ölçülüb-biçilməlidir, özfəaliyyət olmamalıdır. Bakıya çox ehtİyatla, zərifliklə, abidə kimi yanaşmaq lazımdır».

Buna da bax:

XS
SM
MD
LG