Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53

İnflyasiya 23%-ə çata bilər


Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev

Bu ilin sonunda Azərbaycanda inflyasiyanın səviyyəsi 23% təşkil edə bilər.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib. «Fikrimcə, Azərbaycanda 2008-ci il 22-23%-lik inflyasiya səviyyəsi ilə başa çatacaq», - deyə A. Vəliyev qeyd edib.

Ötən il Azərbaycanda inflyasiyanın səviyyəsi 16.7% təşkil edib. Bu il üçün isə Azərbaycan hökuməti inflyasiyanın səviyyəsini ilkin olaraq 12-13% proqnozlaşdırsa da, sonradan proqnoz 18%-dək artırılıb.

Beynəlxalq Valyuta Fondu da 2008-ci ildə Azərbaycanda inflyasiyanın 20%-dən az olmayacağını proqnozlaşdırır. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG