Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:22

Qaçqınlara paylanmalı olan ərzaqlar satışda


«Əvvəllər bir neçə fakt qeydə alınsa da, hazırda belə faktlar yoxdur»
«Əvvəllər bir neçə fakt qeydə alınsa da, hazırda belə faktlar yoxdur»
«Ayna» qəzeti:

«Bizə düyü, yağ, şəkər tozu və 5 kiloqramlıq un verilirdi. Son illər hər dəfə hansısa ərzağı vermirdilər. Son 4-5 aydır «çörək pulu» deyilən 9 manatdan başqa heç bir yardım ala bilmirik. İcraçılar deyirdilər ki, «qurtarıb, gələn dəfə əlavə olunacaq». Amma yenə də vermirlər. Eləcə də bizim qonşuluqda yaşayan məcburi köçkünlər ərzaqlarını tam həcmi ilə ala bilmirlər».

Bu sözləri ailəsi ilə birgə Bərdədə məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, 5 aydır ərzaq yardımı ala bilməyən 24 yaşlı Sahilə Məmmədova deyir.

Son iki ildir ərzaq və digər humanitar yardımlar hesabına yaşayan qaçqın və məcburi köçkünlər bu köməkdən də məhrum olublar. Çünki sözügedən humanitar yardımlar onlara deyil, mağazalara ötürülür…

«Gəncədə bu məhsulların satıldığı xüsusi yerlərdə nəinki ərzaq, hətta məcburi köçkün uşaqlarının təhsili üçün nəzərdə tutulmuş dərs ləvazimatları da satılır. Əgər bizə «ərzaq yoxdur, çatışmır» deyirlərsə, mağazalara haradan gəlir?», - deyə məcburi köçkün Günel Həsənova heyrətlənir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə rəisi Sənan Hüseynov isə «ola bilməz» deyir:

«İstər beynəlxalq təşkilatlar, istərsə də komitəmiz tərəfindən verilən yardımların keyfiyyəti yoxlanılır və icra hakimiyyətinin ictimai şöbəsinə təqdim olunur. Hər iki orqanın nümayəndələrinin iştirakı ilə yardımlar qaçqın və məcburi köçkünlərə paylanılır. Ciddi nəzarət aparıldığından, ərzaqların satışa kütləvi çıxarılması mümkün deyil. Əvvəllər bir neçə fakt qeydə alınsa da, hazırda belə faktlar yoxdur».


«Yeni Müsavat» qəzeti:

Azərbaycan filmi «Papaq»da bir epizod var - carçılar şəhəri gəzib qışqırırlar: «Hacı Kamyabın qızının yerini deyən 5 min manat ənam alacaq»…

İyulun 31-də dövlət başçısının fərmanıyla ölkədəki 38 qəzet və informasiya agentliyinin hər birinə 5 min manat birdəfəlik yardım ediləcəyini eşidən anda - and içirəm ki, bir saniyə də o yan bu yan olmadı - həmin kinonun həmin epizodu yadıma düşdü.

«5 min manat ənam» alanlar içində bizim qəzet də var... Əli Həsənov, Əflatun Amaşov yoldaşların qırımından hiss edirik ki, özümüzü yaxşı aparsaq hələ «hovuza su da buraxacaqlar». Ondan sonra yaşa, zövq al! Ta Azərbaycanda jurnalistə nə gərəkdir? Başqa bir məşhur Azərbaycan filmində deyilən kimi, «söhbət sosiskada deyil, vinimatelni olmaq lazımdır». Biz mətbuat işçiləri özümüzə qarşı layiq olmadığımız bu diqqəti görərkən kövrəlirik. Layiq olmadığımızı ona görə yazdım ki, biz indiyəcən heç «Hacı Kamyabın qızının yerini» də xəbər verməmişik…



«Yeni Azərbaycan» qəzeti:

Son beş ildə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına ayrılan vəsait 7.5 dəfə artaraq, 10 milyon 28 min manat təşkil edib...

Hazırda olimpiyaçı adına layiq görülmüş 44 idmançı və onların məşqçiləri Milli Olimpiya Komitəsinin təqaüdləri ilə təmin olunurlar.

Pekin Olimpiadasına hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 3 milyon 150 min manat vəsait ayrılıb. Bu, Atlanta Olimpiadası (1996) ilə müqayisədə 7.5 dəfə artım deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG