Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:13

Xarici işlər nazirlərinin görüşü olub


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 15-nə qədər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçiriləcəyini istisna etməyib.
APA-nın «Novosti-Armeniya» agentliyinə istinadən verdiyi məlumata görə, E.Məmmədyarov dövlət başçılarının görüşünün xarici işlər nazirləri arasındakı danışıqlardan asılı olduğunu bildirib: «Biz ümumi platforma tapdığımızı hiss etsək, mümkün olmayan heç nə yoxdur».

Nazir ermənistanlı həmkarı ilə görüşünün konstruktiv və faydalı olduğunu söyləyib. Edvard Nalbandyan isə tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün danışıqların Madrid təklifləri əsasında davam etdirilməsi haqda razılıq əldə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, nazirlərin növbəti görüşü BMT Baş Assambleyasının sessiyası çərçivəsində sentyabrın sonunda keçirilə bilər: «Belə görüşlərin nə qədər vacib olduğunu bu gün hiss etdik. Baş Assambleyadan əvvəl də görüşümüz mümkündür».
XS
SM
MD
LG