Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

Saxta protokolların şahidləri…


«Bəzən saxtakarlıqlar könüllü və ya hansısa şirnikləndirici təkliflər əsasında olur»

«Bəzən saxtakarlıqlar könüllü və ya hansısa şirnikləndirici təkliflər əsasında olur»

«Hardasa 200 bülleten gətirdilər dedilər ki, biz bunu direktorun otağında saxlayırıq və bura daha təhlükəsizdir ona görə, birinci pozuntu belə başladı».
Almaz Rəhimova ötən parlament seçkilərində məntəqələrindən birində müxalifəti təmsil edən nümayəndə olub. Deyir ilk pozuntu son pozuntu olmayıb. Onun sözlərinə görə, katib olduğu məntəqədə saxtakarlıq səsvermə başlayan andan müşahidə olunub. Gün boyu bunun qarşısını birtəhər alsalar da, səslərin sayılması zamanı hər şey nəzarətdən çıxıb.

Məntəqə seçki komissiyasının sədri səslərini sayılmasına imkan verməyərək seçki qutusunu başqa bir otağa aparmağa cəhd edib. Almaz Rəhimova deyir ki, bu qanunsuzluğun qarşısını almaqsa ona baha başa gəlib:

«Az qala əlbəyaxa olmuşduq, mən onun qarşısını kəsdim imkan vermədim seçki qutusunu aparsın, birdən onun oğlu qolumu burdu. Bununla da məktəb direktoru olan komissiya sədri qutunu aparıb öz otağına qoyub qapını bağladı».

Almaz Rəhimova deyir ki, həm ona xəsarət yetirilməsi, həm seçki saxtakarlığıyla bağlı aidiyyatı orqanlara müraciət etsə də bütün müraciətlər cavabsız qalıb. Ancaq bu da hamısı deyil… Onun ən utandığı məqam isə seçkinin səhəri gün olub: «Hamı məni qınadı ki, bəs deyirdiniz gəlin səs verin, biz də gəldik səs verdik, bəs niyə bizim səs verdiyimiz adam seçilmədi».

Müsavat Partiyası Seçki Departamentinin müdiri Gülağa Aslanlı deyir ki, prezident seçkilərində səsvermə günü təkcə təzyiqlərdən yox, həm də müxtəlif fənd və şirnikləndirici təkliflərdən istifadə olunub. Hətta bəzi məntəqələrdə səslərin sayılması zamanı müxalifət nümayəndələrini onları kiminsə çöldə çağırmasıyla aldadıblar.

Gülağa Aslanlının sözlərinə görə, hətta bir məntəqədə müxalifət liderlərindən birinə verilən səslər açıq-aşkar iqtidar namizədinin səsləri kimi hesablanıb.

Seçki təlimatlarına görə, polis seçki məntəqəsinin 100 metrliyində olmalıdı. Seçki məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı isə deyir ki, yalnız komissiya sədrinin müraciəti əsasında o məntəqəyə daxil ola bilər. Məhərrəm Zülfüqarlı deyir ki, indiyə qədər ATƏT və yerli qurumların polislərə keçdikləri təlimlərdə bu məsələlər dönə-dönə təkrarlanır və həmin təlimləri keçən polislər bunu çox yaxşı bilir. Amma cənab Zülfüqarlı hesab edir ki, bu heç nəyi həll etmir, polisə nə qədər təlim keçirilsə də yenə də hər şey yuxarıdan verilən əmrdən asılıdı:

«Bu baxımdan da yaxşı olar ki, bu təlimlərə təkcə sıravi polislər yüksək rütbəli zabitlər də cəlb olunsun, bəlkə onda bunun hansısa bir effekti olar».

O ki qaldı səslərin sayılması, protokolların imzalanması zamanı müxalifətdən olan komissiya üzvlərinə təzyiqlərə «Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, heç də həmişə müxalifətçilərə təzyiqlər olmur. Ötən seçkilərdən nümunə gətirən Azər Rəşidoğlu bildirir ki, bəzən bu saxtakarlıqlar könüllü və ya hansısa şirnikləndirici təkliflər əsasında olur. Onun fikrincə, ötən seçkilərdən fərqli olaraq müxalifət həm seçkidə, həm də komissiyalarda fəal təmsil olunmadığından bu dəfə kiməsə hədə-qorxu gəlmək, kiməsə şirnikləndirici təklif verməyə ehtiyac qalmayacaq.

Şərhləri göstər

XS
SM
MD
LG