Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Dövlət nişanı neçəyə başa gəlir?


«Normal halda qeydiyyat nişanının qiyməti bütün rüsumlarla birlikdə 70-80 manatdır»

«Normal halda qeydiyyat nişanının qiyməti bütün rüsumlarla birlikdə 70-80 manatdır»

011, 777, 050, 111, 099 və sair. Yox-yox. Mən saymağı təzəcə öyrənmirəm. Bu rəqəmlər avtomobil nömrələrini bəzəyir. Bəs Bakıda bu nömrələrə sahib olmaq üçün hansı xüsusiyyətə malik olmalısan? Bunu həmsöhbətlərim sizə deyəcək.

Amma əvvəlcə baş çəkək Xırdalan şəhərində dövlət qeydiyyatı nişanının verildiyi yerə. Burada isə sualımız belə oldu - bir avtomobil nişanı almaq sizə neçəyə başa gəlir?
«-Mən nə bilim, gözləyirəm də görək.
- Yaxşı, rüsum necə müəyyən olunur?
- Bilmirəm
- Onda sizə istənilən qiymət deyə bilərlər?
- …»

Bu sükut diktofonu söndürənə qədər davam etdi, mikrofon gözdən uzaqlaşandan sonra, kimi «ürək doludur», kimi də «pulum çatmır nömrə almağa» dedi. Nömrə alıb dayanan vətəndaşların cavabı isə belə oldu.

Amma dövlət qeydiyyat nişanı verilən idarədən kənarda həmsöhbətlərim dil açdı. Hər şeydən də məlumat verdilər. Şəhərdə keçirdiyimiz sorğudan məlum oldu ki, avtomobil nişanını müxtəlif qiymətə almaq olar. O da asılıdır nömrənin gözə necə görünməsindən. Məsələn, ən bahası 10 min, ən ucuz 100-50 manatdır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Kamran Əliyevin sözlərinə görə isə, nömrənin necə olmasının onun qiymətinə heç bir təsiri yoxdur. Hamısı dövlət nişanıdır, dövlətin də standart qiyməti var-18 manat. Digər vergiləri də üst-üstə gələndə son qiymət alınır. Kamran Əliyev də təsdiq edir ki, bu qiymət müxtəlif ola bilər.

Ancaq sıravi vətəndaşların əksəriyyəti rüsumun bir hissəsinin yol vergisinə görə təyin edilməsindən xəbərsizdir.
Vətəndaşlar dövlət rüsumunun müəyyən edilməsinin bir yolunu bilirlər-gözəl nömrə, yüksək qiymət.
Dövlət qeydiyyat nişanının verildiyi idarədə məlumatları əks etdirən posterlər var. Amma orada dövlət rüsumlarının məbləği və nəyə əsasən müəyyən edilməsi çatışmırdı.

«Yol» İctimai Birliyinin rəhbəri Azər Həsrət də razılaşır ki, dövlət rüsumları hamının gözü qarşısında asılmır. Bu da vətəndaşların onlara deyilən istənilən məbləğə razı olmalarına gətirib çıxarır. Amma normalda bir maşının qeydiyyat nişanının qiyməti bütün rüsumlarla birlikdə 70-80 manat edir.
XS
SM
MD
LG