Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:34

Ağsaqqalların bir yerə toplaşmağı qadağan edilib


Naxçıvanın Nehrəm kəndində ağsaqqalların bir yerə toplaşmasına icazə verilmir
Naxçıvanın Nehrəm kəndində ağsaqqalların bir yerə toplaşmasına icazə verilmir
Naxçıvanın Nehrəm kəndində ağsaqqalların bir yerə toplaşmasına icazə verilmir.

Kəndin inzibati cəhətdən tabe olduğu Babək rayon polisi ağsaqqallara bir yerə toplaşmağı qadağan edib.

«Dədə-babadan biz bir yerə toplaşıb, olub-keçənlərdən söhbət edirik. Kəndin dükan-bazarı, çayxanaları söküləndən sonra burada daş-kəssəyin üzərində otururuq». Ağsaqqallar bunu «Azadlıq» radiosuna bildirib.

Sakinlər deyirlər kənd rəhbərliyini əslində narahat edən camaatının bir yerə toplaşıb söhbət etməsidir. «Nə içməyə, nə də əkin sahələrini suvarmağa su imkan var. Nə də insanların məşğuliyyəti üçün iş yerləri var»-, ağsaqqallar belə deyir.

Ərazinin bələdiyyə rəhbəri Faiq Abutalıbov həqiqətən də kənddə su problemi olduğunu təsdiqləyib, lakin deyib ki, həmin yerin yaxınlığında tikinti getdiyinə görə camaata ora toplaşmağa qadağa qoyulub.

Naxçıvanının Babək rayonunun ən böyük kəndlərindən hesab edilən Nehrəm kəndində 2007-ci ilin noyabrında bir çox mağaza və iaşə obyektləri sökülüb. Bu mağazalar 14 min əhalisi olan kəndin əsas dolanışıq mənbəyi hesab edilirdi. Həmin vaxt yerli camaat etiraz aksiyası keçirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG