Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

«Müsavat boykot qərarı versə, heç kim təəccüblənməsin»


İsa Qəmbər seçkidə iştirak etməyin getdikcə mənasızlaşdığını bildirir

İsa Qəmbər seçkidə iştirak etməyin getdikcə mənasızlaşdığını bildirir

lent.az saytının yaydığı bu məlumat «Bizim Yol»da yer alıb. Xəbər verilir ki, bu fikri Müsavat başqanı İsa Qəmbər bir qrup siyasi partiya təmsilçiləri ilə görüşündə səsləndirib. Əsasən qarşıdakı prezident seçkisi ilə bağlı məsələlərin müzakirə edildiyi görüşdə İsa Qəmbər seçkidə iştirak etməyin getdikcə mənasızlaşdığı barədə qənaətlərini açıqlayıb. Mənbənin bildirdiyinə görə, partiya başqanı deyib ki, Müsavat Məclisi seçkiləri boykot etmək qərarı versə, heç kim təəccüblənməsin.

«Azadlıq» qəzeti Murtuza Muxtarov küçəsində hündürmərtəbəli binanın uçması faktı üzrə başlanan cinayət işinin istintaqı ilə bağlı ilginc məlumatlar əldə etmişik. 16 mərtəbəli bina 2007-ci il avqustun 28-də uçmuşdu. Nəticədə binada işləyən 30-dan artıq fəhlə dağıntılar altında qalmışdı.

Məlumatlı mənbə bildirir ki, bu işin istintaqı zamanı çoxsaylı qanunsuzluqlara yol verilib. Söhbət ondan gedir ki, binanın tikintisinə məsul olan bir sıra şəxslər nədənsə məsuliyyətə cəlb olunmayıb. Mənbənin sözlərinə görə, əsas iş icraçıları istintaqdan kənarda saxlanılıblar. Onları ümumiyyətlə itirib-axtaran olmayıb

«Yeni Müsavat» yazır ki, yandırılan bazarı nazir aldı.
«8-ci kilometr bazarı ətrafında yaranan qalmaqal səngimək bilmir. Qeyd edək ki, bazar uğrunda ayrı-ayrı qruplar arasında gedən uzunmüddətli mübarizə bir neçə ay öncə ticarət mərkəzinin yandırılması ilə nəticələndi. Bu hadisə 1000-dən artıq sahibkara külli miqdarda maddi ziyan vurdu».
«…Lakin bazar bərpa edildikdən sonra sahibkarlara dəyən zərər ödənilməməklə yanaşı onlardan yenə də yerpulu yığılır. Bu isə ticarətçilərin ciddi narazılığına səbəb olub».

«Azərbaycan xalqı seçki mədəniyyətinə malik, seçim etmək bacarığı olan bir xalqdır. İndiyə qədər ki seçkilər sübut edib ki, millət öz taleyini həvalə etdiyi insanı seçməkdə heç vaxt yanılmayıb»-, «Yeni Azərbaycan» qəzeti belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG