Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:06

«Qəzetlərə bir yolun 10 metri qədər pul ayrıldı…»


Prezident bir çox KİV-lərə 5 min manat yardım edilməsi barədə sərəncam verib

Prezident bir çox KİV-lərə 5 min manat yardım edilməsi barədə sərəncam verib

İyulun 31-də prezident bəzi KİV strukturlarının hər birinə 5 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilməsi ilə bağlı sərəncam imzalayıb.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, mətbuata dövlət tərəfindən yardım ayrılmasını hakimiyyətin mətbuata qayğısı kimi qiymətləndirmək düzgün deyil. O, bildirir ki, bu, Azərbaycan mətbuatına yardım etmə yox, onu aşağılamaq üçün atılan addımdır.

Azər Əhmədov deyir ki, bu gün ölkədə salınan və ya təmir olunan yol və körpülərin hər birinə milyonlarla manat ayrıldığı nəzərə alınarsa, mətbuata yardım üçün ayrılan vəsait həmin pulların çox cüzi bir hissəsidir.

Belə çıxır ki, Azərbaycan mətbuatına bir yolun təxminən 9-10 metrinə düşən qədər vəsait ayırırlar. Bu neftdən gələn pulların bəlkə də heç milyardda biri deyil. İndiki qiymətlər çərçivəsində bu ayrılan məbləğ mətbuata qayğı göstərmək deyil, başqa bir şeydir.

O, bildirir ki, belə cüzi məbləğ əvəzinə həbsdə olan jurnalistləri azadlığa buraxsa idilər ya da heç olmazsa birinin cəzasını yarıya endirsəydilər onda jurnalistlər daha çox sevinərdilər.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə deyir ki, ayrılan məbləğ kiçik olsa da, bu mahiyyətcə böyük hadisədir. Onun sözlərinə görə bu addım medianın fəaliyyətinin azadlıq və müstəqilliyini məhdudlaşdırmaq qorxusu ola bilməz, çünki kiçik məbləğdir.

«Bəlkə 5 milyon, 5 yüz min olsaydı medianın içində baryer ola bilərdi. Ən azı mənəvi planda bizə problem olardı ki, hökumət bizə pul ayırır və biz də onu tənqid edirik. İndiki mənada biz bunu addım kimi qiymətləndiririk. Bunun para hissəsini o dərəcədə də ciddi dəftərə qatmırıq».

Rauf Arifoğlu bildir ki, bu addımdan sonra həbsdə olan jurnalistlərin azadlığa buraxılması kimi daha bir addım da atılsa bu qənaətbəxş hal olacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə həm KİV-lərin inkişafına dövlət yardımı konsepsiyası, həm də birdəfəlik maliyyə yardımı göstərilməsi ilə bağlı sərəncamı yüksək qiymətləndirdiyini bildirdi:

«Bu konsepsiyada nəzərdə tutulmuş məsələlər həyata keçirilən zaman Azərbaycanda tamamilə başqa bir mətbuat formalaşacaq. İkinci sənəddə isə 40-a yaxın kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımı nəzərdə tutulub. Bu da ki, prezidentin milli mətbuat günündə KİV-lərə bir töhfəsidir».

«Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyir ki, konsepsiya haqqında yalnız sənəd icra edilməyə başladıqdan sonra nəsə demək olar. O ki, qaldı birdəfəlik yardıma Elçin Şıxlı bildirir ki, 5 min manat qəzetlərə yardım üçün heç nə olsa da, «bəy verən atın dişinə» baxmazlar.

Şərhləri göstər

XS
SM
MD
LG