Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

«Büstün qoyulmasına dövlət qərar verməlidir»


Burada Rəsulzadəyə abidə qoyulmalı idi…
Burada Rəsulzadəyə abidə qoyulmalı idi…
Bakı Dövlət Universiteti (BDU) özünün 90 illik yubileyinə hazırlaşır. Bu barədə «Ekspress»ə müsahibəsində BDU-nun rektoru Abel Məhərrəmov danışıb.

«Yubileylə əlaqədar universitetdə Məhəmməd Əmin Rəsulzadənin büstünü görə biləcəyikmi» sualını rektor belə cavablandırıb:

«Əlbəttə, universitetin yaradılmasında Məhəmməd Əminin çox böyük xidmətləri olub. Hətta onun partiyasında belə bunun əksinə olan adamlar olub. O vaxt onlar razı olmayıb ki, əcnəbilər gəlsin bizə dərs desinlər... Məhəmməd Əmin Rəsulzadənin büstünün qoyulmasına gəlincə, BDU dövlət ali təhsil müəssisəsi olduğuna görə bu barədə qərarı da dövlət verməlidir».

Pənah Hüseyn «Bizim Yol»a müsahibəsində yaxınlaşan seçkilərdən söz açıb. Deputat deyib: «Formal seçki ilə hakimiyyəti dəyişmək mümkünsüzdür».

«…Seçki qanunvericiliyinə məlum dəyişikliklərdən sonra şəxsən məndə fərqli mövqe formalaşdı. Artıq mövcud şərtlər daxilində oktyabrda keçiriləcək seçkini demokratik cəmiyyətlərdəki kimi seçki hesab etmək çətindir».

«Yeni Müsavat»
yazır ki, «Əli İnsanovun müdafiəçisinin zəhərləyiblər».
«Qərbi Azərbaycana Qayıdış Birliyinin bir qrup üzvü 14 saylı həbsxanada cəza çəkən təşkilat sədri Rizvan Talıbovla görüşəndən sonra təşkilatın mətbuat xidməti açıqlama ilə çıxış edib. Bildirilir ki, R.Talıbov səhhətində şiddətli ağrılarla müşayiət edilən ciddi problemlərin olmasından şikayətlənib.

Rəsmi dövlət qəzeti olan «Azərbaycan»da seçkilərdə yerli müşahidənin aparılması qaydaları haqında təlimat dərc olunub. Təlimatda bildirilir ki, müşahidələr bütün respublika ərazisində aparıla bilər və yerli, həmçinin beynəlxalq müşahidəçilər eyni hüquqa malikdirlər. Müşahidəçilərin hüquq və vəzifələri də sadalanır. Bildirilir ki, müşahidəçilər səsvermə prosedurunun bütün mərhələlərinin izləyə bilərlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG