Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:10

«Səs verən biz deyilik, Azərbaycan vətəndaşlarıdır»


ATƏT-in Bakıda səfərdə olan xüsusi nümayəndəsi Heikki Talvitie
ATƏT-in Bakıda səfərdə olan xüsusi nümayəndəsi Heikki Talvitie
ATƏT-in Bakıda səfərdə olan xüsusi nümayəndəsi Heikki Talvitie səfərinin sonunda jurnalsitlərə bildirib ki, onun Bakıya gəlişinin iki məqsədi var idi: Dağlıq Qarabağ münaqişəsi və prezident seçkilərnin müzakirəsi. O, bildirib ki, Azərbaycanla Ermənistan hökumətlərinin rəhbərləri arasında danışıqların davam etdirilməsi qənaətbəxş haldır.

«Uzun müddətdir ki, prinsiplər ətrafında müzakirələr gedir. O prinsiplər ki, onların əsasında bu münaqişə həll ediləcək. Prezident seçkilərindən sora da bu danışıqların davam etdirilməsi və masa üzərində olan prinsiplərə əsaslanması vacibdir. Aydın məslədir ki, hər hansı bir həll Azərbaycanın ərazi bütövlüyünü nəzərə almalıdır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır».

Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə gəlincə isə cənab Talvitie bildirdi ki, o, Bakı meri, Mərkəzi Seçki Komissiyasının sədri və eyni zamanda Bakı polisinin rəhbərliyi ilə görüşüb. Əsas müzakirə olunan məsələ də sərbəst toplaşma azadlığı olub. O, bildirdi ki, eyni zamanda siyasi partiyaların təmsilçiləri ilə görüşüb:

«ATƏT həm seçkidən əvvəl, həm də seçkidən sonrakı proseslərdə iştirak edəcək. Azərbaycan hökuməti qərarlıdır ki, bu dəfə seçkini daha yaxşı keçirsin və hökumət ATƏT-i seçkiləri izləməyə dəvət edib. Hazırda qurum müşahidəçi komandanın tərkibini və sayını müəyyən edir. Prosesə neçə parlamentarinin cəlb olunacağı hələ məlum deyil. Azərbaycanda başa düşməlidir ki, ATƏT yalnızca seçkini izləyəcək və ona qiymət verəcək. ATƏT seçkinin nəticələrində maraqlı deyil. Səs verən biz deyilik, Azərbaycan vətəndaşlarıdır. Biz prosesi qiymətləndirəcəyik».

H.Talvitie deyib ki, Azərbaycanda qəbul olunan Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun beynəlxalq standartlara cavab verir: «İndi əsas məsələ bu qanunların tətbiqidir. ATƏT bu qanunu tətbiq edənlərə kömək göstərməyə hazırdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG