Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Aqil Xəlilin iddiasına baxılıb


İyulun 30-da Yasamal Rayon Məhkəməsində Xaqani Tağıyevin sədrliyi ilə «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin AzTV, Space, ATV, Lider telekanallarına, həmçinin Baş Prokurorluğun əməkdaşı Əli Quliyevə qarşı iddiasına baxılması davam edib.

Müxbir telekanalları və prokurorluğun əməkdaşını cari il martın 13-də ona silahlı basqın işi üzrə onun şərəf və ləyaqətinə xələl gətirən informasiyanın nümayiş etdirilməsində və yayılmasında ittiham edir. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmədə Əli Quliyev suallara cavab verirdi. O, Aqil Xəlillə bağlı telekanallarda yayımlanan xəbərin cəmiyyət üçün obyektiv olsun deyə edildiyini bildirib.

Vəkil Elçin Sadıqov Əli Quliyevdən soruşub: «Nə üçün jurnalistin döyülməsini görən üç şahid istintaqa cəlb edilməyib?» Lakin Əli Quliyev bu suala cavab verməkdən yayınıb.

Növbəti proses avqustun 7-də bununla bağlı video süjetlərin göstərilməsilə davam etdiriləcək. / Turan /

Günün bütün mövzuları

XS
SM
MD
LG