Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Radovan Karaciç Haaqaya gətirilib


Kütləvi soyqırımda ittiham olunan Radovan Karaciç Haaqaya gətirilib. O, gecə saatlarında məxfi xidmət orqanının əməkdaşlarının müşayiəti ilə aeroportdan yola salınıb.

Bosniyalı serblərin lideri Radovan Karaciç 1992-95-ci illər Bosniya müharibəsi zamanı dünyəvi cinayətlər törətməkdə ittiham olunur.

O, 10 ildən artıq idi ki, qaçaq həyatı sürürdü.

İyulun 29-da isə 10 mindən artıq Karaciç tərəfdarının Belqradın mərkəzindəki mitinqi zamanı qarşıdurma olub, 30-dan artıq adam xəsarət alıb, onların yarısı polisdir.

Aksiyaçılar Bosniya serblərin keçmiş lideri Karaciçin həbsinə və onun Haaqa tribunalına verilməsinə etiraz edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG