Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Azərbaycan ordusunun əsgəri özünü asıb


Azərbaycan ordusunun daha bir əsgəri ölüb. Hadisə iyulun 29-dan 30-na keçən gecə Biləsuvar rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrdən birində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Zamiq Səməndər oğlu Səfərov özünü qulluq etdiyi hərbi hissədə asıb. Əsgərin atası Səməndər Səfərovun verdiyi məlumata görə, oğlu məzuniyyətdə olub. İyulun 27-də isə yenidən hərbi hissəyə qayıdıb. Dünən axşam saat 19 radələrində valideynləri ilə telefon əlaqəsi saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. Səhər isə əsgərin dayısına hərbi hissədən zəng edərək hadisə barədə məlumat verilib. Əsgər atası bundan sonra hərbi hissə ilə əlaqə saxlayıb. Fakt təsdiqlənsə də, onlara hadisənin nə vaxt və hansı şəraitdə baş verməsi heç nə açıqlanmayıb.
Zamiq Səfərov 2007-ci ilin iyul ayında Suraxanı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. ANS

Günün bütün mövzuları

XS
SM
MD
LG