Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:32

«Ət yeyək, yoxsa yeməyək?»


«Ət yeməkdən imtina edən soydaşlarımızın sayının artması məni sevindirir»
«Ət yeməkdən imtina edən soydaşlarımızın sayının artması məni sevindirir»
Xavər İsmayılova Sankt-Peterburqdakı «Yaşıl Aləm» Vegetarian Assososiasiyasının vitse-prezidentidir. Onun dediyinə görə, Azərbaycanda ətlə qidalanmadan tam imtina edən şəxsləri barmaqla saymaq mümkün olsa da, belələrinin sayı Rusiyada daha çoxdur.
«Ət yeməkdən imtina edən soydaşlarımızın sayının artması məni sevindirir», - X.İsmayılova bunu «Ekspress»ə söyləyib.
Azərbaycanda isə əhalinin tam əksəriyyəti gündəlik qida rasionundan əti tam çıxarmağın və ətdən imtinanın əleyhinədir. Bundan başqa, ölkədə vegetarianlığın nə olduğunu bilənlər də çox deyil.
Endokrinoloq Cəmşid Muradovun dediyinə görə, dəb xatirinə vegetarianlığa başlayan insanlarda bədən kalorili və faydalı maddələrlə zəngin qidanı qəbul etmir, buna görə də həmin şəxslər daha tez yorulur, daha çox xəstələnirlər.
«Mikrorayonda kanalizasiya «çimərliyi». Bunu «Bizim Yol» yazıb.
«Çimərlik mövsümü başlayandan Xəzər dənizində 15 nəfər boğulub. Amma boğulmaq üçün heç şəhərdən çıxıb dənizə getmək lazım deyil. Çox sağ olsunlar, Bakı Şəhər İcra Hakimiyyəti, ayrı-ayrı rayonların icra hakimiyyətləri, «Azərsu» Səhmdar Cəmiyyəti, Bakı Kanalizasiya Xidməti İdarəsi sakinlər üçün şəhərin mərkəzində də boğulmaq üçün ideal şərait yaradıblar. Elə bu imkandan istifadə edərək Nizami rayonunun Keşlə qəsəbəsində bir nəfər, Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində isə bir nəfər boğulub. Əlbəttə, kanalizasiya sularında».
«Artıq bütün dünya küçələrə tökülüb, hay-kyələ, əlində zopa sağa-sola şütüyən, ətrafındakıları dağıdıb-tökən müxalifətçi imicindən imtina edib»-, bunu «Yeni Azərbaycan» yazıb. Məqalə müəllifi daha sonra bildirir: «Nə qədər paradoksal görünsə də, avropalılardan fərqli olaraq, bizim müxalifət yetkiləri hələ də bu üsulun tətbiqinə imkan verməyən Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşır. Hər halda bu, «1988» təfəkküründən qaynaqlanır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG