Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

Apellyasiya şikayətinə baxılması təxirə salındı


Vəkil deyir ki, təxirə salma məqsədli şəkildə həyata keçirilir

Vəkil deyir ki, təxirə salma məqsədli şəkildə həyata keçirilir

Seçki Monitorinq Mərkəzinin (SMM) apellyasiya şikayəti üzrə iyulun 29-da nəzərdə tutulan məhkəmə işini Bakı Apellyasiya Məhkəməsi təxirə salıb. Məhkəmə iclasın təxirə salınmasını SMM-in Ali Məhkəməyə kasasiya şikayəti təqdim etməsi itlə izah edib. Kasasiya şikayətinə Ali məhkəmənin baxmasından sonra məhkəmə baxışı davam etdiriləcək.

Xətai Rayon Məhkəməsi mayın 14-də SMM-in qeydiyyatının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

SMM eyni zamanda Xətai Rayon Məhkəməsinin qətnaməsindən də apellyasiya şikayəti verib. Şikayətə baxılma avqustun 29-na təyin edilsə də, proses təxirə salınıb.

SMM vəkili İntiqam Əliyev bildirib ki, təxirə salma məqsədli şəkildə həyata keçirilir və bu, məhkəmə prosesini ləngitmək məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG