Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

«Qarabulaq» işə düşdü


Hacı Məmmədov adam oğurluğu və qətllər törətməkdə təqsirli bilinib

Hacı Məmmədov adam oğurluğu və qətllər törətməkdə təqsirli bilinib

Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili, adam oğurluğunda və qətllər törətməkdə təqsirli bilinib həbs olunan Hacı Məmmədova məxsus «Qarabulaq» İstirahət Mərkəzi fəaliyyətini bərpa edib. Bu barədə «Yeni Müsavat»a həmin istirahət mərkəzində olmuş bir adam məlumat verib.

«Qeyd edək ki, Qusar rayonunda yerləşən «Qarabulaq» 2005-ci ilin mart ayından - Hacının bandası ifşa ediləndən sonra işləmirdi. Daha dəqiqi, istintaqın gedişində bəlli olmuşdu ki, de-fakto H.Məmmədova məxsus olan bu məşhur istirahət mərkəzində dəhşətli hadisələr baş verib.

Belə ki, Hacı qətlə yetirdiyi adamların bir neçəsini orada basdırıb. Eyni zamanda o, bir neçə qurbanını məhz elə orada qətlə yetirib. İstintaqın gedişində «Qarabulaq»ın vergidən yayınması faktı da aşkarlanmışdı».

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev MTN-nin müvəqqəti saxlanma təcridxanasından Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə «Bizim Yol»a açıqlama verən MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev bildirdi ki, sabiq nazir artıq nazirliyin təcridxanasında deyil.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən sabiq nazirin hansı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü dəqiqləşdirməyə çalışdıq. Qurumdan bildirdilər ki, Fərhad Əliyevin hansısa həbsxanaya köçürülməsi barədə onlarda məlumat yoxdur. F.Əliyevin vəkili İsaxan Aşurov isə faktı təsdiqləyərək bildirib ki, sabiq nazir 1 saylı Bayıl İstintaq Təcridxanasına köçürülüb.

«Bir-birinin ardınca reallaşan layihələr Azərbaycanı Avropanın əsas tranzit dəhlizinə çevrildi. Bu gün həm Orta Asiya, həm də digər ölkələrin karbohidrogen ehtiyatları məhz Azərbaycanın inşa etdiyi kəmərlər vasitəsilə ixrac edilir». Bunu hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» iddia edir. Müəllif Pərviz Sadayoğlunun yazdığı məqalə «Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyinin qarantıdır» adlanır.

«Ekspress» yazır ki, avqustun 1-də Günəş tutulacaq. XXI əsrin beşinci Günəş tutulmasını 1 milyarddan artıq insan seyr edə biləcək. Alimlərin dediklərinə görə, Olimpiya Oyunlarının başlanacağı gündən bir həftə əvvəl Çini alaqaranlığa boğacaq Günəş tutulması cümə günü Kanadanın şimal-şərqində başlayaraq Qrenlandiya, Şimal Qütb dənizi, Sibirin şimalı, Monqolustanın qərbi və Çində rahatlıqla görüləcək. Günəş tutulması ən uzağı 2 dəqiqə 27 saniyə davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG