Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51

«Fikir ayrılığı təhlükəli həddə çatıb»


Gürcüstan və Rusiya arasında fikir ayrılığı təhlükəli həddə çatıb. BMT-nin baş katibi Ban Ki Mun Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda belə qeyd edib. Təhlükəsizlik Şurası iyulun 29-da gürcü-abxaz münaqişəsini müzakirə edəcək.

Ban Ki Munun hesabatında qeyd olunur ki, bu cür gərginlik BMT missiyasının işinə ciddi çətinlik törədir.

2008-ci ilin martından başlayan hadisələrdən sonra gürcü, abxaz və MDB-nin sülhməramlı qüvvələri qarşıdurma vəziyyətinə yaxınlaşıblar.

Ban Ki Mun münaqişənin bütün maraqlı tərəflərini gürcü-abxaz sülh danışıqları davam edən müddətdə atəşkəs rejiminin qorunmasına çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG