Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları həbs olunub


MTN toplanılmış materialları araşdırmaq üçün Daxili İşlər Nazirliyinə təhvil verib

MTN toplanılmış materialları araşdırmaq üçün Daxili İşlər Nazirliyinə təhvil verib

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin «Sənayecihaz» Elm-İstehsalat Birliyinin əməkdaşları həbs olunub.


Milli Təhlükəsizlik Nazirliyi xəbər yayıb ki, əməkdaşlar Birliyin anbarından 630 kiloqram «Titan S-300» markalı xammal oğurlayıblar. Faktla bağlı Yasin Ələsgərov, Etibar Həsənquliyev, Akif Məsimov saxlanılıblar. Türkiyə vətəndaşı, Bakı şəhərində metal qəbulu məntəqəsində işləyən Bilal Hakki və fakt üzrə toplanılmış materiallar sonrakı araşdırmalar üçün Daxili İşlər Nazirliyinə (DİN) təhvil verilib.

Araşdırmalar zamanı oğurlanmış xammalın Türkiyədə satıldığı məlum olub.

DİN-inin rəsmisi Ehsan Zahidov isə «Azadlıq» radiosuna deyib ki, onlarda belə bir məlumat yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG