Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25

Abituriyentlərin apellyasiya şikayətinə baxılır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) apellyasiya komissiyaları fəaliyyətə başlayıb. İyulun 28-dən abituriyentlər komissiyaya müraciət edə bilərlər.

I ixtisas qrupu abituriyentləri Bakı Qızlar Universiteti, II qrup abituriyentləri «Azərbaycan» Universiteti (2-ci korpus), III qrup abituriyentləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, IV qrup abituriyentləri Nərimanov rayonu 36 saylı orta məktəb, rus bölməsinin abituriyentləri isə TQDK-nın binasında yaradılmış komissiyalara müraciət edə bilərlər. Apellyasiya komissiyaları avqustun 3-ə qədər fəaliyyət göstərəcək. Abituriyentlər komissiyalara şəxsən müraciət eləməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG