Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Türkiyədə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməli qoyuldu


Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməlqoyma mərasimi. Noyabr 2007

Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməlqoyma mərasimi. Noyabr 2007

İyulun 24-də Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri iştirak ediblər.

2007-ci ilin fevralın 7-də Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri, həmçinin Türkiyənin Baş naziri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinə dair çərçivə sazişi imzalayıblar.

Tikintinin iki il davam edəcəyi, dəyərinin isə 400 milyon dollardan çox olacağı proqnozlaşdırılır.

İstifadəyə verildikdən bir necə il sonra bu nəqliyyat dəhlizi vasitəsilə ildə 15 milyon ton yük daşımaq mümkün olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG