Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

«Bakıdan müsbət dəyişiklik xəbəri eşitməmişəm»


AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel

«AŞPA-nın iyun sessiyasından sonra Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı müsbətə doğru dəyişiklik xəbəri eşitməmişəm».

Bunu «Azadlıq» radiosuna müsahibəsində AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib.

Herkel bildirib ki, Azərbaycana dair son qətnamə kifayət qədər sərtdir və o, bu barədə dediklərini təkrarlamaq istəmir: «Elə məsələlər var ki, ölkənin özündə həll olunmalıdır».

Həmməruzəçi deyib ki, bəzi partiyaların seçkini boykot qərarından təəssüflənir.

«Mövqeyim həmişə belə olub ki, iştirak etmək daha yaxşıdır. Soruşsanız ki, boykot qərarı mənim qərarıma təsir edəcəkmi, deyərdim ki, mən seçkiöncəsi vəziyyəti və boykota baxmayaraq, seçkiləri qiymətləndirmək üçün kifayət qədər müstəqil və obyektiv adamam. Əgər boykotun məqsədi beynəlxalq müşahidəçilərə təsir etməkdirsə, məncə, bu, düzgün metod deyil» - deyə A. Herkel bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG