Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:38

«Hədəf»çilər evə buraxıldılar


Mərkəzi Seçki Komissiyasının binası

Mərkəzi Seçki Komissiyasının binası

«Hədəf» Gənclər Koalisiyasının polis tərəfindən saxlanılan üzvləri sərbəst buraxılıb.

***

İyulun 26-da polis «Hədəf» Gənclər Koalisiyasının altı üzvünü saxlayıb.

Gənclər Mərkəzi Seçki Komissiyasının qarşısında piket keçirməyə cəhd göstəriblər. Onlar Seçki Məcəlləsinə dəyişikliklərə etiraz etmək istəyiblər. Polis aksiyanın qarşısını alıb və koalisiyanın altı üzvünü Səbail rayon 39-cu Polis Bölməsinə aparıb.

«Hədəf»in sədri Ağasif Şakiroğlu polis bölməsindən «Azadlıq» radiosuna yalnız bunları deyə bilib: «Bizi döymədilər, amma bizə dedilər ki, işi məhkəməyə göndərirlər».

Polis bölməsindən də 6 nəfərin həbsi faktını təsdiqlədilər, əlavə məlumat vermədilər.

«Hədəf» Gənclər Koalisiyası cari il iyunun 24-də yaradılıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG