Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

«Kəmaləddin Heydərov cəzalandırıldı, yoxsa...»


«K. Heydərovun özü seçki prosesindən kənar saxlanılacaq»

«K. Heydərovun özü seçki prosesindən kənar saxlanılacaq»

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hakimiyyətdəki mövqeyini itirməyə başlayıb. Özünü faktiki Baş nazir kimi aparması hakimiyyətin ali eşelonunda qıcıq yaradıb. Ona görə də onu ram etmək ssenarisi işə düşüb. Böyük maliyyə resurslarına sahib olan K. Heydərovu zərərsizləşdirmək üçün ilk növbədə onun bu rıçaqlarının əlindən alınmasına qərar verilib.

Bu barədə «Azadlıq» qəzetinə hakimiyyətə yaxın mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, seçki kampaniyasının bütün xərcləri fövqəlnazirin üzərinə qoyulub. Hakimiyyət prezident seçkisində təbliğat, narazıların ələ alınması və xarici müşahidəçilərin qarşılanıb yola salınması üçün (bütün anlamlarda) milyonlarla vəsait xərcləməyi nəzərdə tutur. Bütün bu vəsait (təxmini hesablamalara görə, 80-100 milyon manat) fövqəlnazirin hesabına ödəniləcək...

Mənbə bildirir ki, seçkinin maliyyə xərcləri K. Heydərovun üzərinə qoyulsa da, özü prosesdən kənar saxlanılacaq…


«Azərbaycan Beynəlxalq Universitetinin taleyinə aydınlıq gəlib. Bu ali məktəb Elşad Abdullayevin əlindən alınıb və hakimiyyətdəki ən nüfuzlu və sözükeçən klanlardan birinə verilib».

Bu barədə «Yeni Müsavat» qəzetinə mötəbər mənbədən xəbər daxil olub. Xəbərdə o da deyilir ki, ABU-da artıq təhvil-təslim işləri gedir:

«Bir müddət sonra rektor Elşad Abdullayev universiteti təhvil verəcək. Çünki indiyədək ABU-da o qədər maliyyə maxinasiyaları baş verib ki, Abdullayev ölkəyə qayıdacağı təqdirdə həbsdən yaxa qurtaracağının çətinliyini anlayıb. Onun qarşısında şərt qoyulub ki, universiteti təhvil verməklə bu qorxulu perspektivdən canını qurtara bilər»...



Rəsmi qəzetlər əsasən iqtisadi mövzulara yer veriblər.

«Azərbaycan» qəzeti yazır ki, Salyan rayonunda yerləşən «Hacı Camalxan» kəndli fermer təsərrüfatının məhsulları MDB və hətta Avropa bazarlarında satılır. Şirkətin sərəncamındakı bir neçə min hektar əkin sahəsində elit taxıl sortları, pambıq, tərəvəz, bostan bitkiləri, həmçinin alma, nar, ərik yetişdirilir.


«Hacı Camalxan» MMC-nin icraçı direktoru Əkbər Camalov deyir ki, ötən dörd il təsərrüfatın güclü sıçrayış etməsi ilə əlamətdar olub:

«Biz dövlətin yaratdığı şəraitdən maksimum istifadə edərək istehsalı xeyli genişləndirdik, 150 ton gücündə konserv zavodu, pambıq emalı zavodu açdıq. Yaxın günlərdə isə trikotaj fabriki işə düşəcək. Təsərrüfatda 386 nəfər çalışır, mövsüm dövründə isə onların sayı 2 minə çatır».

Günün bütün mövzuları

XS
SM
MD
LG