Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:28

Keşləni su basıb... Problem hələ də qalmaqdadır...


Sakinlər deyir ki, kanalizasiya sistemi köhnə olduğundan belə vəziyyət yaranıb
Sakinlər deyir ki, kanalizasiya sistemi köhnə olduğundan belə vəziyyət yaranıb
Keşlə qəsəbəsində kanalizasiya sisteminin sıradan çıxması nəticəsində yaranmış böhran hələ də aradan qaldırılmayıb.

İyulun 24-də kanalizasiya sisteminin sıradan çıxması nəticəsində Nizami rayonunun Keşlə qəsəbəsi və Babək prospekti arasında yerləşən Sabir və Yarış küçələri su altında qalıb. Üç evin dağıldığı bildirilir.

Hadisə yerində olan Bakı Kanalizasiya İdarəsinin direktoru Köçərli Həsənov «Azadlıq» radiosuna deyib ki, problem günün sonunadək yoluna qoyulacaq.

Hazırda sakinlər evlərinə daxil ola bilmirlər. Onlar Fövqəladə Hallar Nazirliyindən evlərinə qayıtmaq üçün təlimat gözləyirlər. Əhali qonşu evlərdə və ya yaxınlıqdakı tikintilərdə məskunlaşıb. Əvvəlki günlərlə müqayisədə ərazidə suyun səviyyəsi nisbətən azalsa da, küçələrdə və həyətlərdə hələ də kifayət qədər su qalmaqdadır.

Hadisə yerində üç su nasosu işləyir. İsti hava infeksiya xəstəliklərinin yaranma ehtimallarını artırır.

Köçərli Həsənov baş verən hadisəni təbii qəza adlandırır. Sakinlər isə deyirlər ki, əslində orada kanalizasiya sistemi köhnə olduğundan belə vəziyyət yaranıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG