Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24

ATƏT prezident seçkisinə müşahidəçilər göndərəcək


ATƏT-in Parlament Assambleyası prezident seçkilərini izləməyəcək

ATƏT-in Parlament Assambleyası prezident seçkilərini izləməyəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutu (DTİHİ) oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana 30 uzunmüddətli və 450 qısamüddətli standart müşahidəçi qrupunun göndərilməsini tövsiyə edib. Azərbaycan hökuməti də artıq bəyan edib ki, DTİHİ-nin Seçkilərin Müşahidəsi Missiyası müsbət qarşılanacaq. Bu barədə ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose Luis Herrero bəyan edib.

Onun sözlərinə görə, ATƏT/DTİHİ qarşıdan gələn prezident seçkilərini izləmək üçün hazırlıq prosesini davam etdirir. Belə ki, bu ilin iyununda DTİHİ Azərbaycanda qiymətləndirmə missiyası həyata keçirdiyi səfərinin nəticələri də artıq nəşr olunub. ATƏT-in Bakı ofisinin məlumatına görə, ATƏT-in Parlament Assambleyası (ATƏT PA) Azərbaycandakı prezident seçkilərini izləməyəcəyini bildirib. «ATƏT PA-nın prezidenti Joao Soares bunu rəhbərlik etdiyi qurumun diqqəti əsasən parlament seçkilərinə yönəltməsi və ATƏT ərazisində bütün seçkiləri izləmək üçün ATƏT PA-nın kifayət qədər insan resurslarına malik olmaması ilə izah edib».

Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. / Turan /

Günün bütün mövzuları

XS
SM
MD
LG