Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Universitetlərə ixtisas seçimi başladı


Abituriyentlərin ixtisas seçimi avqust ayının 5-nə kimi davam edəcək

Abituriyentlərin ixtisas seçimi avqust ayının 5-nə kimi davam edəcək

İyulun 25-dən Azərbaycanın ali məktəblərinə ixtisas seçimi başlayır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib, onların kodlarını «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»nə daxil etməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmisi Elnur Nağızadə «Azadlıq» radiosuna bildirib ki, I, II, IV ixtisas qrupu üzrə balı 250-dən çox, III ixtisas qrupu üzrə isə balı 300-dən yuxarı olan abituriyentlər ixtisas seçimi edə bilərlər. Abituriyentlərin 8 ixtisas seçmək hüququ var.

İxtisas seçimi avqust ayının 5-nə kimi davam edəcək. Elnur Nağızadə deyir ki, avqustun 10-dək yekun nəticələrin elan olunacağı gözlənilir. Avqustun 10-dan 15-dək isə orta ixtisas məktəblərinə qəbul başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG