Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:56

Prezident seçkisində təşviqat aparmaq qaydaları təsdiqləndi


Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan seçki təşviqatı qadağan edilir
Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan seçki təşviqatı qadağan edilir
Mərkəzi Seçki Komissiyası prezident seçkisi zamanı KİV-də seçkiqabağı təşviqat aparılması qaydalarını təsdiqləyib. Təlimat rəsmi dövlət qəzeti «Azərbaycan»ın iyulun 25-i sayında dərc olunub. Təlimata görə, seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı seçkiqabağı təşviqat qadağandır.

Təlimatda seçkiqabağı təşviqat prosesində iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları göstərilir. Bunlar ölkə ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan ictimai telaradio verilişləri təşkilatları və təsisçiləri fiziki, hüquqi şəxslər olan, xüsusi mülkiyyətə əsaslanan teleradio təşkilatlarıdır. Nəşrlərə gəlincə, təşviqat prosesində həm dövlət dövri mətbu nəşrlər, həm özəl dövri nəşrlər iştirak edə bilər.

İctimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Dövlət nəşrlərində pulsuz ayrılan nəşr səhifələrinin həcmi həftəlik nəşr səhifələrinin ümumi həcminin ən azı 10 faizini təşkil etməlidir.

Təlimat xarici dövlətlər və xarici hüquqi şəxslər, dövlətə məxsus teleradio təşkilatları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmamış vətəndaşlar, beynəlxalq təşkilatlar və ictimai hərəkatlar, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dini birliklər, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçuların təşviqat aparmasını yasaqlayır.

«Həbsxanalarda məhkumlar talan edilir»- bu barədə «Bizim Yol» yazıb. Qəzet bildirir ki, «cəzaçəkmə müəssisələrində yerləşən mağazalarda bütün mallar qiymətindən dəfələrlə baha satılır». Penitensiar sistemdə yumurta bir manata, siqaret 2 manata, çörək isə 80 qəpiyədir.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadovanın «Bizim Yol»a verdiyi məlumata görə penitensiar sistem, obrazlı desək, bahalıqdan od tutub yanır. Özü də bu bahalıq qətiyyən obyektiv amillərlə bağlı deyil.

«Yeni Müsavat» yazır ki, Azərbaycan Beynəlxalq Universitetində valideynlərə diplom 700 manata satılır. «Universitetinin itkin düşən rektoru Elşad Abdullayevdən isə hələ də səs-soraq yoxdur. Bu da məzunların valideynlərini ciddi narahat edir».

«YAP seçki bloku yaratmayacaq»- hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı «Ekspress»ə belə deyib: «Biz seçki kampaniyasını təkbaşına aparmağa qadirik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG