Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Aqil Xəlilinin vəkili iki apellyasiya şikayəti verəcək


Aqil Xəlilinin vəkili Elçin Sadıqov

Aqil Xəlilinin vəkili Elçin Sadıqov

Aqil Xəlilinin vəkili Elçin Sadıqov deyir ki, jurnalist burada olmadığı müddətdə iki apellyasiya şikayəti verəcək. Onlardan biri jurnalistin bıçaqlanma faktı ilə bağlı hökmdəndir. Bu hökmə görə, Aqil Xəlili Sergey Strekalin adında şəxs məişət zəminində bıçaqlayıb. Jurnalist isə deyir ki, bu düz deyil, onu başqası bıçaqlayıb, özü də tənqidi yazısına görə.

İkinci apelyasiya şikayəti isə Baş Prokurorluqla bağlı hökmdəndir. Baş Prokurorluq jurnalistin Zeytunluq bağında döyülməsi cinayət işinə xitam verib. Aqil Xəlil bundan narazı qalıb, məhkəməyə müraciət etmişdi, məhkəmə iddianı təmin etməmişdi. Elçin Sadıqov deyir ki, bu hadisə ilə bağlı şahid ifadələri var, araşdırma davam etməlidir.

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin həyatını bir neçə dəfə sui-qəsd edilib. İstintaq jurnalistə homoseksualların hücum etdiyini bildirir. Aqil Xəlil isə bunun peşə fəaliyyəti ilə bağlı olduğunu deyir. Jurnalist «Sərhədsiz Reportyorlar» təşkilatının dəvəti ilə Fransaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG