Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27

Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçiriləcək


ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr iyulun 29-da keçiriləcək

ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr iyulun 29-da keçiriləcək

İyulun 29-da ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanda «İnsan haqları və demokratiyanın vəziyyəti» ilə bağlı dinləmələr keçiriləcək. Komissiya dinləmələrdən əvvəl yaydığı məlumatda bildirir ki, ATƏT və Avropa Şurasının Azərbaycandakı vəziyyətlə bağlı bir sıra narahatlıqları var. Bu narahatlıqlar media azadlığı, siyasi məhbuslar və seçkilərin keçirilməsi ilə bağlıdır.

Helsinki Komissiyası hesab edir ki, Azərbaycan oktyabrdakı seçkilərdə ATƏT qarşısındakı öhdəliklərə uyğun seçki keçirmək və başqa islahatlar aparmaq imkanı qazanıb. Dinləmələr də Azərbaycanda insan haqları və demokratikləşmənin vəziyyətini nəzərdən keçirəcək.

Dinləmələrdə komissiyanın rəhbəri, konqresmen Hastinqs, komissiyanın həmsədri, senator Benjamin Kardin iştirak edəcəklər. Tədbirə Azərbaycanın Amerikadakı səfiri Yaşar Əliyev də qatılacaq.

Dinləmələrdə həmçinin dövlət katibinin insan haqları, demokratiya və əmək məsələləri üzrə müavini Deyvid Kramer, «Freedom House» təşkilatının rəsmisi Kris Volkner də iştirak edəcəklər.

1975-ci ildən fəaliyyət göstərən Helsinki Komissiyası ATƏT-in Helsinki aktının müddəalarının yerinə yetirilməsinə nəzarət edir. Komissiyaya Senatın, Nümayəndələr Palatasının 9 üzvü, Dövlət Departamenti, Müdafiə, Ticarət nazirliklərinin hər birindən bir üzv daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG