Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:45

«Heyvanlardan belə şey gözləmirdim…»


Bakı zooparkında hazırda 170 növdə heyvan saxlanılır
Bakı zooparkında hazırda 170 növdə heyvan saxlanılır
«Buraya mən bir ilan görməyə gəlmişdim-Anakonda ilanı. Amma görə bilmədim. Mən bura gələndə elə fikirləşirdim ki, heyvanlar məni görüb hirslənəcəklər. Amma görürəm ki, heç nə eləmirlər. Televizora çox vaxt baxanda görürəm ki, ceyranzad görəndə adamlar onun dalınca qaçırlar ki, tutub yesinlər. O da hirslənir.

- Bəlkə qəfəsin arxasında olduğuna görə bilirlər əlin çatan deyil?

- Nə bilim heyvanlardan belə şey gözləmirdim».

Bunu Bakı zooparkında rastlaşdığım 14 yaşlı Murad danışır. Deyir ki, zooparka ilk dəfədir ki, gəlir, amma gördüyündən o qədər də məmnun deyil.

«Bəzi heyvanlardan pis iylər gəlir, həm də buranı bir az böyütsələr pis olmaz. Aslanlar elə yatırlar ki, elə bil oyanmayacaqlar».

Bakı zooparkı 1984-cü ildən metronun Gənclik stansiyasının yaxınlığında fəaliyyət göstərir.

Heyvanxananın direktoru Azər Hüseynov danışır ki, 1970-ci illərin sonlarında zooparkın genişləndirilməsi üçün 45 hektar ərazinin ayrılması nəzərdə tutulurdu, amma hazırda zoopark ancaq 2 hektardan bir az artıq ərazidə yerləşir. Sonralar heyvanxanaya əlavə 2 ha verilsə də, hələlik maliyyə çətinliklərindən o istifadəsiz qalmaqdadır.

Azər Hüseynov deyir ki, bəzən Bakı zooparkının köçürülməsi söz-söhbəti də gəzir. Amma bu mümkün deyil.

İndi heyvanxana 50-50-yə, yəni dövlətin və öz hesabına fəaliyyət göstərir. Dövlət zooparkın tam tələbatını, heyvanların qidalanmasını təmin edə bilmir.

Zooparka gələnlər heyvanları görüb sevinsələr də, onların saxlanma şəraitindən narazılıq edirlər, isti yay günlərində heyvanlar üçün şəraitin olmamasından danışırlar.

Zoopark rəhbərliyi isə bildirir ki, onların qarşısında duran birinci vəzifə heyvanları yemləməkdir. İndi yay olduğundan xüsusi yay yeməkləri verilir, şimal qütbündən olan heyvanlar üçün isə su hovuzları tikilib.

Bakı zooparkında hazırda 170 növdə heyvan saxlanılır. Heyvanxanaya il ərzində təxminən 80-100 min ziyarətçi gəlir. Ancaq rəhbərliyi bu rəqəmin az olduğunu dedi.
XS
SM
MD
LG