Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

«Məni tutacaqlar…»


M.İsmayıloğlu təsisçisi Prezidentin İcra Aparatı olan «Xalq qəzeti»nin baş redaktoru olub

M.İsmayıloğlu təsisçisi Prezidentin İcra Aparatı olan «Xalq qəzeti»nin baş redaktoru olub

«Məni 3 ildən 7 ilədək həbs gözləyir. Yaxın günlərdə həbs oluna bilərəm. İstintaqın gedişi bunu hər gün yaxınlaşdırır». Bunu «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu bildirib.

Jurnalist deyir ki, artıq «qondarma» şahidlər də tapılıb: «Amma həmin adamlar üzləşmə zamanı nə hadisənin baş verdiyi vaxtı dedilər, nə də mənim evimin yerini göstərə bildilər».

Mahal İsmayıloğlu ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) cinayət işi qaldırıldığını bildirir.

İyulun 24-də Söz Azadlığını Müdafiə Komitəsinin təşəbbüsü isə jurnalistlərin hüquqlarının müdafiəsi məqsədi ilə xüsusi iclas keçirilib. Komitənin sədri Arzu Abdullayeva deyib ki, jurnalistin müdafiəsi üçün tədbirlər görəcəklər.

Novxanıdakı bağ qonşusu keçmiş baş redaktoru onu təhqir etdiyini bildirərək şikayət edib. Bu şikayət əsasında iyunun 27-də onu Abşeron Rayon Polis İdarəsinə çağırıblar.

M.İsmayıloğlu əslində belə bir hadisənin baş vermədiyini deyib.

M.İsmayıloğlu uzun müddət Prezidentin İşlər İdarəsinin təsisçisi olduğu «Xalq qəzeti»nin baş redaktoru işləyib. 2002-ci ildə tutduğu vəzifədən azad edilib. Bundan sonra «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində mütəmadi olaraq iqtidarı tənqid edən yazılar yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG